NATO-dan Rusiya açıqlamasıbackend

NATO-dan Rusiya açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünən Şimal Ölkələri Müdafiə Əməkdaşlıq Təşkilatı “Nordefco”nun üzv ölkələrinin müdafiə nazirləri toplantısı başlayıb. İki gün davam edəcək müdafiə nazirləri toplantısına qonaq olaraq qatılan NATO-nun baş katibi Jens Stoltenberq NATO-nun Baltikyanı dənizində hərbi varlığını artırmasının Rusiyanın rəftarından qaynaqlandığına vurğulayaraq, \”Bu gün gördüyümüz odur ki, Rusiya hərbi vgücünü artırır və Ukraynada ölkə sərhədlərini hərbi güc istifadə edərək pozur. Eyni zamanda Rusiya bir qonşu ölkədir. NATO Rusiya ilə bir qarşıdurma istəmir. Biz əməkdaşlıq və dialoq istəyirik. Ancaq bu əməkdaşlıq uzaqgörənlik və dayanıqlılıq üzərinə qurulmalıdır. Qüvvətli müdafiə və Rusiya ilə siyasi dialoq arasında bir ziddiyyət yoxdur \”dedi.

Amerika ilə ortaq hava manevri

Şimal Ölkələri Müdafiə Əməkdaşlıq üzvlərinin müdafiə nazirləri dünənki yığıncaqda üzv ölkələr arasında etibarlı ünsiyyət qurma, daha çox və çətin hərbi manevrlər etmə mövzusunda fakir birliyi əldə ediblər.

İsveç Müdafiə naziri Peter Hultqvist \”ABŞ-ın qatılacağı daha geniş diametrli hava təlimləri planlayırıq.İsveç üçün bu manevrlər çox önəmlidir. Bu manevrlər biz NATO üzvü olmasaqda \’ortaq bir gücün\’ varlığının siqnalı olacaq\” dedi.

İnterpress