İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyada yaşayan qara toyuq görənləri heyrətə salır. Qara tüklü toyuq olmaqla yanaşı bu quş sümüyündən yumurta qabığına və ətinə qədər qapqaradır. Bu toyuq Asiyada əksər marketlərdə də satılır. Ən maraqlısı isə qara toyuğun dadının necə olmasıdır.
\”Ayam Cemani\” adı verilən qara toyuqlar Çin, Hindistan və Cənub-Şərqi Asiyada da var. Qara toyuqlar tez-tez sirkdə də iştirak edir.
Qara parıltılı tüklərlə örtülü bu toyuğun sümükləri də qaradır. Lakin əti ağ rəngli bir toyuğun ətinin dadı ilə bərabərdir.
\”Ayəm Cemani\” kimi tanınan İndoneziya toyuq cinsinin sümükləri, əzələ quruluşu və orqanları belə qaradır. Dünyanın ən gözəl toyuq növlərindən biri olaraq adlandırılan qara toyuq görənləri həm dəhşətə gətirir, həm də fərqliliyi heyran qoyur.
Interpress