Uçqun  altında  qalan mədən işçiləri 41 gün sonra xilas edilibbackend

Uçqun altında qalan mədən işçiləri 41 gün sonra xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Tanzaniyanın şimal-qərbindəki Şinyanqa şəhərində bir mədəndə 41 gün uçqun altında qalan 5 fəhlə xilas edilib. Şinyanqa polis məmuru Custus Kamuqişa, etdiyi açıqlamada, mədəndə təxminən 120 metr dərinlikdə yerləşən tunelin, 5 Oktyabrda dağılması nəticəsində yer altındal qalan 5 mədən işçisinin xilas edildiyini söylədi.

Kamuqişa, xəstəxanaya qaldırılan mədən fəhlələrinin vəziyyətlərinin kritik olduğunu bildirərkən, Şinyanqa bölgə xəstəxanasının həkimi Cozef Niqovi, fəhlələrin sağ qalmasını möcüzə kimi səciyyələndirdi. Niqovi, \”Adi halda sağlam bir insan ərzaqsız təxminən 14 gün yaşaya bilər. Uçqun altında qalan işçilər, köməksiz qaldıqları çuxurda tapdıqları həşəratları yeyərək 41 gün ərzində həyatda qalmağı bacarıblar\” dedi.

Mədən işçilərindən Çaça Vambura yerin altında keçən ilk yeddi gündən sonra ümidlərini itirdiklərini, ancaq daha sonra günəş işığının sızdığı bir çatlaq və ətrafında su tapdıqlarını bildirib. \”Həyatda qalmaq üçün tarakan, qurbağa və tunelləri saxlayan dirəklərin qabığını yeyirdik. Pis də olsa furajkalarımızı saldığımız suları içmişik\” deyən Vambura, bir fəhlənin böcək yeməyi rədd etdiyini və aclıqdan öldüyünü söylədi. Şinyanqadaki mədəndə meydana gələn uçqunda əlacsız qalan cəmi 20 fəhlədən 14-dü daha əvvəl azad edilmişdi. Rəsmi şəxslər, qəzadan 6 gün sonra uçqun altında köməksiz qalan fəhlələri xilas etməyin qeyri-mümkün olduğunu açıqlamışdı.

İnterpress