O, internet üzərindən etdiyi anonsunda milyon dollarlıq \”Bentley\” avtomobilini Misirlilər kimi bir qəbirdə basdıracağını elan edib.
Sonra sosial media hesabında avtomobilini qəbrə basdıracaq tarixi açıqlayaraq mediyanı da malikanəsinə dəvət edib. Hətta bununla da kifayətlənməyib şəxsən \”Bentley\” avtomobili üçün qazdığı məzarın fotoşəkillərini də sosial mediada bölüşdü.
Ehtimal etdiyimiz kimi bu adama sosial mediadan olduqca sərt və mənfi reaksiyalar gəldi. Bir çoxları tərəfindən dəli olmaqda ittiham edilən Skarpaya avtomobilini xeyriyyə təşkilatlarına bağışlaması üçün də müxtəlif müraciət edilib.
Ancaq Skarpa bu tənqidlərin heç birindən təsirlənmədi və bütün təzyiqlərə baxmayaraq avtomobil basdırma mərasimini ləğv etmədi. Açıqladığı tarixdə isə böyük bir jurnalist qrupunun qarşısında daha əvvəl dediyi kimi, \”Bentley\” avtomobilini qəbirə basdırma mərasimi başladı. \”Bentley\” markalı avtomobil hazırlanan qəbrə endirilir və fotoları çəkilərkən Skarpa bir anda mərasimi dayandırdı və bu möhtəşəm çıxış etdi:
\”Milyon dollarlıq \”Bentley\”-ni basdıracağam dediyim üçün məni qınadınız. Halbuki bir çox insan mənim maşınımdan çox daha qiymətli bir şeyi, hər gün torpağa basdırır! Ürəklər, qara ciyərlər, ağ ciyərlər, gözlər və böyrəklər daim torpağa basdırılır. Bu çox düşüncəsizcə və axmaqcasına bir vəziyyətdir. Çöldə orqan nəqli gözləyən o qədər çox insan var.Amma biz bu sağlam orqanları hər gün torpağın altına basdırırıq. Bu isə dünyadakı ən böyük israfdır. \”Bentley\” avtomobilim bununla müqayisədə isə həqiqətən heç nədir. Həyatda bir orqandan daha dəyərli heç nə yoxdur, çünki insan həyatından daha qiymətli bir şey yoxdur. Burada bütün bədən üzvlərimi bağışladığımı hazırda rəsmən açıqlayıram\”.
Bəs bu \”çılğın\” fikir bir işə yaradı mı? Əlbəttə, yaradı. Bir ay ərzində orqan ianələri birdən-birə 31,5 faiz artıb!
Bu çılğın adamı ürəkdən alqışlayırıq.
İnterpress.az