Ağcabədidə yeniyetmə qız yol qəzasında xəsarət aldıbackend

Ağcabədidə yeniyetmə qız yol qəzasında xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağcabədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 2007-ci il təvəllüdlü Əmirzadə Aysel Əbülhəsən qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az