Bu təbliğat erməniləri hiddətləndirib – Komitəbackend

Bu təbliğat erməniləri hiddətləndirib – Komitə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Finlandiyanın Helsinki və Niderlandın Haaqa şəhərlərində Azərbaycanın mədəni və tarixi irsinin, ərazi bütövlüyünün təbliğ olunması məqsədilə diaspor təşkilatlarının həyata keçirdiyi məlumatlandırıcı aksiyalar erməniləri və ermənipərəst çevrələri qəzəbləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Avropada müasir üslubda təbliğ olunmasından narahat olan ermənilər Helsinkinin mərkəzindəki dəmiryolu vağzalı və metro stansiyaları dayanacaqlarında “28 May – Azərbaycanın Respublika Günü!” elanı yazılmış rəqəmsal lövhələri quraşdıran reklam şirkətinə israrlı şəkildə zəng edərək narazılıqlarını bildiriblər.

Haaqa şəhərindəki 16 nömrəli tramvayın üzərində Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin təsvirlərinin yerləşdirilməsi isə Niderland Nümayəndələr Palatasının üzvü Raymon de Runa mənfi təsir edib. Ermənipərəst siyasətçi “twitter” hesabı üzərindən aksiyaya etirazını bildirib. Ermənilər niderlandlı havadarlarının statusunu sosial şəbəkə səhifələrində paylaşıblar.

 

 

İnterpress.az