Metroda iş saatları DƏYİŞDİRİLİRbackend

Metroda iş saatları DƏYİŞDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Azərbaycanda futbol üzrə Avropa çempionatı start götürür. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq.

 

Bu barədə mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək:

 

“Bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən, tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur”.

 

B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:

 

“Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır”.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:

 

– 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
– 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
– 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
– 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.

 

 

İnterpress.az