“Çətin olsa da vacib qələbə qazandıq. Futbolçularım xarakter, mentalitet nümayiş etdirdilər”.
bunu “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatında “Aris”lə keçirilən oyundan sonra söyləyib.
3:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirən məşqçi “Qarabağ”la keçiriləcək V tur oyununda heyətdə dəyişikliklər olacağını açıqlayıb:
“Hər matça fərqli yanaşırıq. İndi “Qarabağ”la qarşılaşacağıq, ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər olacaq. Bəzi oyunçular üçün fürsət yaranacaq. Bundan sonra APOEL-lə görüşə baxacağıq. Bu, bizim üçün daha bir böyük oyun olacaq. Hər matçı ayrıca nəzərdən keçiririk. Hazırda fikrimiz “Qarabağ”dadır”.