Media islahatlarından gözlənilən nəticə: “Faydalı təşəbbüslərin təhlil edilməsi…”backend

Media islahatlarından gözlənilən nəticə: “Faydalı təşəbbüslərin təhlil edilməsi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son bir ilə yaxın zaman kəsiyində səslənən bütün faydalı təşəbbüslərin təhlil edilməsi və onların həyata keçirilməsi mexanizmləri islahatlar paketinin tərkib hissəsidir”.

İnterpress.az xəbər verir ki, bu sözləri bu gün Medianın İnkişafı Agentliyində islahatların həyata keçirilən və keçirilməsi nəzərdə tutulan istiqamətləri və mərhələləri ilə bağlı  təqdimatına münasibət bildirən əməkdar nurnalist Elçin Mirəzbəyli deyib.

Onun sözlərinə görə, MEDİA-nın nəzərdə tutulan planlarının həyata keçirilməsi müsbət nəticələrə səbəb olacaq:

“MEDİA-nın əsasən gənclərdən ibarət kollektivini təbrik etməyə dəyər. Ümid edirəm ki, MEDİA da daxil olmaqla, hazırda bir sıra təsisatlarda nəzərə çarpan atmosfer, bütövlükdə cəmiyyətimizə də öz pozitiv təsirini göstərəcək və qəzəbsiz, ittihamsız, aqressiyasız, ön yarğı, şübhə və basqı olmadan nəticə qoymağın çoxsaylı nümunələrinin yaranmasına səbəb olacaq.

Həyata keçirilməsi nəzərdə tutulan, bir hissəsinin isə bəzi mexanizmlərinin işə salındığı islahatlara gəldikdə isə onların sayının və istiqamətlərinin təsəvvür etdiyimdən dəfələrlə çox olduğunu deyə bilərəm. Ən önəmli məqamlardan biri də son bir ilə yaxın zaman kəsiyində islahatlarla bağlı aparılan çoxsaylı müzakirələrdə səslənən bütün faydalı təşəbbüslərin təhlil edilməsi və onların arasından ən yaxşılarının seçilərək, cilalanaraq, həyata keçirilməsi mexanizmləri ilə birlikdə islahatlar paketinin tərkib hissəsinə çevrilməsidir”.

Gülşən