“Belə bir kəşfiyyat məlumatları var ki, erməni layihəsi 2030-cu ilə qədər bağlanır”.
Bu sözləri bu gün “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə efirə gedən “Dərin Təhlil” verilişində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.
S.Əkbər bu məlumatın detallarını bölüşüb:
“Bunun əsas səbəbi də budur ki, erməni ünsürü bir geosiyasi faktorla öz potensialını tükədib, qoyulan tələblərə cavab vermir. Vəzifələri yerinə yetirə bilmir. Bunu əvəz edəcək böyük kürd kartı. “Böyük Ermənistan” yerinə “Böyük Kürdüstan” kartı ortaya atılacaq. Vuruşmağa və ölməyə hazırdılar. Azərbaycan həm orta doğuya, həm də İsraolin bölgüsü ilə yaxın Şərqə düşür. Mən bu düşüncədəyəm ki, yaxın perspektivdə Rusiya maksumum bu kartdan istifadə etsin, paralel əlavə təsir rıçaq imkanları yaratsın”.