Tural Abbaslı sabiq deputatın qızı ilə evlənir + VİDEObackend

Tural Abbaslı sabiq deputatın qızı ilə evlənir + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağ Partiya”başqanı Tural Abbaslının toyunun tarixi dekabrın 21-nə təyin olunub.

InterPress.az  bizim.media-ya istinadən bildirir ki, bu barədə məlumatı Tural Abbaslının özü verib.

Onun sözlərinə görə toyun baş tutması ilə bağlı bütün qaydalara əməl olunacaq.

“Qismət olsa, dekabrın 21-də toydur. Şəxsi həyatımdan danışmağı sevmirəm. İnşallah hər şey yaxşı olar”, – deyə Tural Abbaslı bildirib.

Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı quracaq.