İsrailin Azərbaycandakı səfirliyi və Azərbaycanın təhlükəsizlik qüvvələri birgə təlim keçirib.
Bu barədə məlumatı İsrail səfirliyi öz “Twitter” hesabında paylaşıb.
Məlumatda qeyd olunur:
“Səfirlik və Azərbaycanın təhlükəsizlik qüvvələri bu sahədə əməkdaşlığı daha da möhkəmləndirmək məqsədilə birgə təlimlər həyata keçirib. Biz Azərbaycanın təhlükəsizlik qüvvələrinə göstərdikləri fədakarlıq və qətiyyətə görə təşəkkür edirik”.