AGAT-ın ötən həftə Ümumi Yığıncağında sədrliyə seçkisikeçirmiş, sədr müavinin təyinatı olmuşdur.
InterPress.az xəbər verir ki,Ümumi Yığıncağın səsverməsinə görə yekidilliklə yenisədr Aytən Atazadə seçildi. Daha sonra Yığıncaqda təşkilata yeni sədr müavini Fərid Rəhimov təyin edildi.
Qeyd edək ki, Aytən Atazadə 1998-ci ildə Bakı şəhərindəanadan olmuşdur. 2015-2017-ci ildə Bakı Biznes və Kooperasiya kollecini bitirmiş, B. Britaniyanın “Certified Financial Managers” İnstitutunu 2020-ci ildə məzunu olmuşdur. AGAT-a 2014-ci ildən üzv olmuş, 14-dən artıq sertifikata layiq görülmüş, təşkilatda fəaliyyəti dövründə müxtəlif beynəlxalq və yerli layihələrə koordinatorluq etmişdir. Eyni zamanda Etika Akademiyasında Sosial medi marketinq meneceri vəzifəsində çalışmışdır.
Sədr müavini Fərid Rəhimov AGAT-ın 2007-ci ildən üzvü, 2007-2010-cu illərdə gənclərin asudə vaxtının təşkili departamentinə rəhbərlik etmişdir. Daha sonra Nərimanov rayonu İcra Hakimiyyətində çalışmış, bank sektorunda fəaliyyətini davam etdirmişdir.
Təşkilatın 14 illik fəalyyəti dövründə AGAT-a sayca beşinçisədr seçilir.
Hörmətlə,
AGAT katibliyi