Bakıda avtomat silahdan avtomobilə atəş açılıb.hadisə dünən axşam saatlarında Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.
Belə ki, keçmiş polis rəisi Rza Hacıyev Bakı şəhər sakini Şirzad Quliyevin sürdüyü “Lexus” markalı avtomobilə əlindəki avtomat silahdan dəfələrlə atəş açıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil güllələrlə deşilib. R.Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.