Putinin gizli övladı olduğu deyilən yeniyetmə qız anasının 3,1 milyonluq “Penthaus” ilə bağlı emosional paylaşımından sonra yoxa çıxıb.
Yenisabah.az “The Sun”a istinadla xəbər verir ki, iddia budur: Yelizaveta Krivonoqix və anası Svetlana Krivonoqix bahalı evlərinin fotosunu yerləşdirərək Putini qəzəbləndiriblər.
Liza Krivonoqixin 83 min 200-ə yaxın izləyicisi var.
Kreml müşahidəçiləri hesab edirlər ki, “Putinin qızı” susdurulub. Çünki xarici mediada Putinə qarşı milyardlarla dollarlıq korrupsiya ittihamları irəli sürüldüyü vaxtda cah-calal nümayişi yasaqdır.
Xatırladaq ki, bir müddət əvvəl “Pandora” Putinin gizli məşuqəsinin qızı və Monte Karloda yaşayışı barədə ifşaedici materiallar yayımlayıb.