Türkiyədə maşın qiymətinə it satan azərbaycanlı – VİDEObackend

Türkiyədə maşın qiymətinə it satan azərbaycanlı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dadaşov 2001-ci ildə tibb təhsili almaq üçün Samsuna gedib. O, həyatının ən böyük arzusunun doberman itlərini yetişdirmək olduğunu deyir.

Universieti bitirəndən sonra Dadaşov Samsunda yaşamağa qərar verib. Xəyalını gerçəkləşdirmək üçün bankdan 25 min lirə kredit götürərək saf qanlı doberman iti alıb və evinin bağçasında yetişdirməyə başlayıb. O, İt Cinsləri və Kinologiya Federasiyasından doberman itlərini yetişdirmək üçün lisenziya alıb.

“Qara dəniz bölgəsində bu itlərin tək yetişdiricisi mənəm. Bu itlərin enerji səviyyəsi çox yüksəkdir, olduqca ağıllıdır, təlimə qısa müddətə cavab verirlər. Olduqca qətiyyətli, qorxu bilməyən itlərdir. Sahibini və ailəsini ölənə qədər qoruya bilən cinsdir. Bu səbəbdən qiyməti çox bahadır , astronomik rəqəmlərə satılır. Yetişkin bir doberman iti 40-50 min TL-dir. Balaları isə 4-6 min TL-yə satılır. Bilənlər gəlib alır”-Dadaşov deyib.

Elgün Dadaşov bildirib ki, evinin bağçasında hazırda 4 doberman itinə baxır. İtlərdən biri hamilədir və yaxın vaxtlarda küçükləri olacaq. Ancaq itin balaları hələ dünyaya gəlmədən Amerikadan, Dubaydan, Hindistandan, Türkiyədən onu almaq istəyənlər müraciət edirlər. “Yetişdirdiyim itlərlə bağlı bəzən televiziyalardan da təklif gəlir. Mənim dobermanlarım seriallarda çəkilir. Gələcəkdə Samsunda böyük doberman ferması qurmaq istəyirəm”-azərbaycanlı həkim bildirib.(haberler.com)

İnterpress.az