P. Diddy həbsxanada dava saldıqdan sonra başqa müəssisəyə köçürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə TMZ mənbələrinə istinadən məlumat yayıb.
Amerikalı reper P. Diddy (Şon Kombs) Yamaykadan olan narkobaronla dava etdikdən sonra başqa həbsxanaya köçürülüb.
TMZ-nin mənbələrinin bildirdiyinə görə, bu, reperin həbsdə olduğu müddətdə hücuma məruz qalması ilə bağlı ilk hadisə deyil.
Məlumata əsasən, dava səbəbindən Kombs nümunəvi davranışına görə cəzasından çıxıla biləcək 41 günü itirib.
Bu güzəşt onun həbsdən vaxtından əvvəl azad olunmasına imkan yarada bilərdi.
Xuraman Etibarlı
İnterpress.az






