Lənkəranda yol qəzası: piyada öldübackend

Lənkəranda yol qəzası: piyada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

İnterpress.az-ın xəbərinə görə, hadisə “Kombinat yolu” deyilən ərazidə, Göyşaban kəndi yaxınlığında baş verib. İlkin məlumata görə qəzanı törədən “VAZ-2107 “markalı avtomobilin sürücüsü təcili tibbi yardım xidmətinə hadisə barədə məlumat verib.

Koma vəziyyətində olan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.