Azərbaycanda koronavirusa qarşı peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.
İnterpress.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən cavaba görə, indiyədək 552 nəfər yeniyetmə vaksinasiya prosesində iştirak edib.
Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər. (apa)