QHT sədri: Vaksinasiya prosesində hər bir vətəndaş maarifləndirici şəxs olmalıdırbackend

QHT sədri: Vaksinasiya prosesində hər bir vətəndaş maarifləndirici şəxs olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin mart ayından ölkəmizə daxil olan COVİD-19 virusu ilə mübarizədə Azərbaycan dövlətinin həyata keçirtdiyi tədbirlər planı və tədbiq etdiyi qaydalara əhalinin həssaslıqla yanaşmasının nəticəsində ölüm saylarının az olması və yoluxmanın geniş yayılmasının qarşısını almaq mümkün olmuşdur.Əhalinin 1və 2 doza vaksinasiyası uğurla davam etdirilir və buda ölkəmizdə normal həyata qayıtmaq üçün imkan yaradır.
Artıq COVİD-19 virusunun yeni ştammı “Delta”ştammından fərqli olaraq “Omicron”imuniteti yüksək olan insanlarda daha yüngül keçirir və ölkəmizdədə son statistikaya uyğun olaraq 12 nəfərdə artıq bu virus aşkarlanmışdır.Viruslarla mübarizə üsulu hər dövrdə ona qarşı qoruyucu vaksinlərin tədbiqi olunmuşdur.
Bununla belə ölkəmizdə vaksinləşmə ilə bağlı prosesin uğurla davam etdirilməsi iqtisadiyyatın yüksəlməsinə,sosial həyatımızın aktivliyini təmin etməyə imkan yaradacaqdır.
Təbii ki,ölkəmizdə uğurla aparılan vaksinasiya prosesinə əhali aktiv formada qatılıb və 3-cü doza vaksinasiya prosesində daha fəal olmalıdır və hər bir vətəndaş maarifləndirici vasitə olaraq bu prosessdə aktiv iştirak etməlidir.
Aparılan hesablamalar göstərir ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır.
Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür.
Qalib Azərbaycan əhalisi olaraq COVİD-19 virusu ilə mübarizədə birləşərək,ölkəmizin inkişafında əsas istiqamət olan iqtisadiyyatımızın yüksəldillməsi uğrunda vaksinasiya prosesində aktiv iştirak etməliyik.

Zülfiyyə Nuriyeva
QHT sədri