Daxili işlər naziri antinarkotik təbliğatı ilə bağlı cəmiyyətə müracət edibbackend

Daxili işlər naziri antinarkotik təbliğatı ilə bağlı cəmiyyətə müracət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatı daha məqsədyönlü davam etdirilməlidir. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.