Bakı-Qazax magistralında yol-nəqliyyat qəzası baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil arxadan “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.