Bakıda kişi sevgilisinin keçmiş ərini döyərək komaya saldıbackend

Bakıda kişi sevgilisinin keçmiş ərini döyərək komaya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonu ərazisində bir nəfəri döyərək, ona ağır xəsarətlər yetiriblər.

İnterpress.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanda R.Atakişiyevi keçmiş həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb.

Həmin şəxs R.Atakişiyevi küt alətlə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.