Biləcəridə qəza baş verdi, Nərimanovda su kəsildibackend

Biləcəridə qəza baş verdi, Nərimanovda su kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceyranbatan- Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə İnterpress.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

“Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – məlumatda deyilir.