Bakı Şəhər Prokurorluğunun 1 işçisi azad olundu, 5 nəfərə töhmət verildibackend

Bakı Şəhər Prokurorluğunun 1 işçisi azad olundu, 5 nəfərə töhmət verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Bakı şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib.

İnterpress.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

Onun sözlərinə görə, ötən il şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib: “Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulüb. Həmçinin Baş prokurorun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə Bakı şəhər prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb”.