Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru Elçin Zeynalov dünyasını dəyişib.
Bu barədə İnterpress.az-a universitetdən məlumat verilib.
Bildirilib ki, E.Zeynalov ötən gün evində 61 yaşında vəfat edib.
Qeyd edək ki, E.Zeynalov BMU-nun Maliyyə-təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışırdı.