Rusiyada bir gündə rekord sayda – 67 809 nəfərdə koronavirus aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 681 nəfər artaraq 327 448-ə yüksəlib.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 241 109 nəfərə çatıb.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 071 740 nəfər sağalıb.