Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Prezident postundan istefa vermiş Armen Sarkisyanla bağlı araşdırmaya başlayacaq.
İnterpress.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, MTX Prezident seçilənə qədər Sarkisyanın Sent-Kits və Nevis dövlətinin vətəndaşı olması ilə bağlı əlavə araşdırma aparacaq.
2021-ci ilin aprelində Ermənistan Baş Prokurorluğu Armen Sarkisyanın başqa ölkə vətəndaşı olması ilə bağlı da cinayət işi açmışdı.
Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, xarici ölkə vətəndaşlığı olan şəxs dövlət başçısı seçilə bilməz.