Rusiya Qara dənizdə hərbi təlim keçirirbackend

Rusiya Qara dənizdə hərbi təlim keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Hərbi Dəniz Donanmasının Sevastopol və Novorossiyskidə yerləşən 20-dən çox gəmisi, döyüş katerləri təlimdə iştirak etmək üçün Qara dənizə yan alıblar.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Qara dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvar-fevral aylarında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Yevmenovun başçılığı ilə bütün bölgələrdə planlaşdırlımış silsilə təlim keçirilir. Təlimlər Rusiyaya yaxın dünya okeanlarının vacib rayonlarında baş tutur. Ayrı-ayrılıqda Aralıq, Şimal, Oxot dənizlərində, Atlantik və Sakit okeanların şimal-şərqində hərbi tədbirlər reallaşdırılır. Bu tədbirlərdə 140-dan arıq döüyş gəmiləri, 60-dan artıq PUA, 1000 həbi texnika, 10 minə yaxın hərbçi iştirak edir.

Qeyd edək ki, yanvarın 26-da Şimal Dəniz Donanmasının döyüş gəmiləri təlimdə iştirak etmək üçün Barens dənizinə çıxarılıb.