Azərbaycanda buster doza peyvənd olunanların sayı 2 milyonu keçdibackend

Azərbaycanda buster doza peyvənd olunanların sayı 2 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterpress.az-a verilən məlumata görə, bir gündə 34 546 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 889, buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 971 021, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 228 014, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 740 859, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 002 148 təşkil edir.