Millət vəkili: “İran kəşfiyyatı bizi Azərbaycan əleyhinə danışmağa məcbur edir”backend

Millət vəkili: “İran kəşfiyyatı bizi Azərbaycan əleyhinə danışmağa məcbur edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran kəşfiyyat orqanı olan ETTELAAT  azərbaycanlı millət vəkillərinə təzyiq göstərərək Azərbaycan Respublikası əleyhinə danışmağı tələb edir”.

İnterpress.az xəbər verir ki, bunu Güney Azərbaycanın Biləsuvar şəhərinin İran məclisindəki millət vəkili Şəkur Purhüseyn deyib.

“ETTELAAT bizdən Azərbaycan Respublikası ilə bağlı tənqidi mövqe tutmağımızı, fikir söyləməyimizi istəyir. Bu səbəbdən İran məclisində təmsil olunan azərbaycanlı millət vəkilləri çətin durumdadırlar. Son günlər Təhlükəsizlik Nazirliyinin əməkdaşları bizimlə əlaqə saxlayaraq Azərbaycan Respublikası ilə bağlı susmağımıza irad bildiriblər”, – Ş.Purhüseyn bildirib.

Biləsuvar gömrük keçid məntəqəsi ilə bağlı jurnalistlərin sualına cavab verən Şəkur Purhüseyn deyib ki, İran hökuməti Azərbaycan ilə sərhəd bölgələrindən faydalı istifadə etmək əvəzinə, bu amili təhdid alətinə çevirir.

Purhüseyn digər azərbaycanlı millət vəkillərinin adını çəkərək İranın mövqeyinə görə Azərbaycana münasibətdə pis vəziyyətə qaldıqlarını etiraf edib.