Bakıda içində külli miqdarda pul olan seyfi görün necə oğurladılar – ANBAAN VİDEObackend

Bakıda içində külli miqdarda pul olan seyfi görün necə oğurladılar – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonunda obyektlərdən birindən içərisində 63 min manat olan seyfi oğurlayan şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Nərimanov rayonunda yerləşən obyektlərdən birindən xəzinədarın otağından  içərisində 63 min manat olan seyf oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.