“Görürəm ki, biz hamımız bir-birimizə oxşamağa başlamışıq”.
İnterpress.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Şourum” proqramına açıqlamasında deyib. Müğənni sənət adamlarının plastik əməliyyatla bir-birinə bənzədiyini deyib.
Kazımova plastik-cərrahlara səslənib:
“Doğrudan da hamı bir-birinə oxşayır. Kişilərdə də bir üz forması var. Biz hər şeyə normal baxırıq.
Hamını hamıya oxşatmayın. O formanı verən, o şəklə salan bizim gözəl, əziz, sevimli doktorlarımız hamını hamıya oxşatmasınlar. Biz lap inkubator cücələri kimi hamımız… Xanım gəlir ki, istəyirəm belə olum. Xanım və ya bəy bilmir. Bilən qarşısındakı peşəkardır. Həkimlər gərək eyni forma, cizgi, burun, qaş, göz etməsinlər ki, biz də bir-birimizə oxşamayaq”. (axsam.az)