“İsrailin Kiyevdəki səfirliyi növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb. Bu addım idarənin həmkarlar ittifaqı komitəsinin diplomatların iş şəraitinin yaxşılaşdırılması məqsədilə keçirdiyi etiraz aksiyaları ilə bağlıdır”.
İntterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Həmkarlar ittifaqı komitəsinin nümayəndəsi qeyd edib ki, ölkənin Maliyyə Nazirliyi səfirlik əməkdaşlarının tələbinə məhəl qoymamaqda davam edir.
Maraqlıdır ki, səfirliyin işini dayandırmaq qərarı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı gərginlik dövründə verilib.
virtualaz.org