Bir neçə gün öncə evlənən müğənni Afət Fərmanqızının həyat yoldaşının həbs edilmə səbəbi məlum olub.
Müğənninin əri Mamed Nanacanov vətəndaş Vaqif İsayevə hədə-qorxu gələrək ondan 200 min dollar tələb etməkdə ittiham olunur.
M.Nanacanov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilib. O, Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
