Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcəkbackend

Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”.

Bunu hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, bu rəqəmlər arta bilər: “Çünki Xarkovda vəziyyət daha da gərginləşib. Ümumilikdə təxliyə olunan 500 soydaşımız var. Bu proses getdikcə sürətlənir. Bazar günü 300-dən artıq həmvətənimizin iki reyslə Azərbaycana yola salınması gözlənilir”.