Xalq yazıçısı, Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycanda dəfn olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə rejissor Tahir Tahiroviç məlumat verib.
T.Tahiroviç deyib ki, mərhumun nəşinin bazar günü ölkəyə gətirilməsi nəzərdə tutulub:
“Bu ailəvi bir məsələ olduğu üçün dəqiq qərarı onlar verəcəklər. Əgər Rüstəm bəyin hər hansı vəsiyyəti yoxdursa, böyük ehtimal qardaşı Maqsud İbrahimbəyovun yanında – I Fəxri xiyabanda dəfn ediləcək”.