“Kremldə belə bir möhkəm fikir formalaşıb ki, Qərb zəif və qorxaqdır…”backend

“Kremldə belə bir möhkəm fikir formalaşıb ki, Qərb zəif və qorxaqdır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya bir çox illər ərzində nümayişkəranə olaraq beynəlxalq hüququ tapdalayıb və bunun bədəlini ödəməyib”
İnterpress.az xəbər verir ki, bunu “Ukrayna azərbaycanlılarının Birləşmiş diasporu” Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov özünün “Twitter” səhifəsində yazıb.
Bu səhəri dəhşətli xəbərlərlə başladıq. Biz ukraynalıların ağrısını hamıdan çox anlayırıq. Rusiya Dnepr üzərinə üç aviasiya zərbəsi, həmçinin İvano – Frankovsk şəhərinə raket zərbələri endirib. İşğalçıların taktikası aydındır. Bu, Ukrayna sakinlərini özləri və övladlarına görə daimi qorxu altında saxlamaq cəhdidir. Bu, terrorçu dövlətin taktikasıdır. Terrorçularla isə, məlum olduğu kimi, razılaşmaq mümkün deyil. Biz buna Rusiya XİN rəhbəri Sergey Lavrovun Ukrayna və Türkiyə XİN rəhbərlərinin görüşündən sonra verdiyi bəyanatından bir daha əmin olduq. O, deyib ki, “biz başqa ölkələrə hücum etməyi planlaşdırmırıq, biz heç Ukraynaya da hücum etməmişik”! Bunu Kiyevi, Xarkovu, Umanı, Sumini, Mariupolu bombalayan dövlətin rəsmisi deyir. Bu bəyanat Rusiya ordusunun Ukraynanın uşaq bağçaları, doğum evləri, yaşayış komleksləri, müxtəlif şəhərlərinin məhv edilməsindən sonra verilib. Bu bəyanat Rusiya tanklarının, “İsgəndər”lərinin və digər teчnikasının məhv edilməsindən, çoxsaylı Rusiya işğalçılarının əsir düşməsindən, həlak olan rus işğalçılarının sayının 12 mini ötməsindən sonra verilib.
Rusiyadan bundan artığını gözləmək olmaz. Uzun illər ərzində o, nümayişkəranə olaraq beynəlxalq hüququ qulaqardına vurub, törətdiyi cinayətlərin bədəlini ödəməyib. 2008- ci ildə Gürcustanda da belə oldu. Gürcustanın çoxsaylı şəhər və yaşayış məntəqələri bombardmana məruz qaldı. Amma Rusiyaya qarşı törətdiyi cinayətə görə cəza tədbirləri görülmədi.
Kremldə belə bir möhkəm fikir formalaşıb ki, Qərb zəif və qorxaqdır. Məhz belə bir əminlik Rusiyanı Krımın ilhaqına, Donbasda separatçılığı və terrorçuluğu dəstəkləməsinə, nəhayət, qondarma qurumların tanınmasına gətirib çıxardı. Putin əmin idi ki, bu dəfə də yüngül sanksiyalarla canını qurtaracaq, ona görə də Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaq əmri verib. Amma o, yanılıb. Rusiyaya qarşı elə sərt sanksiyalar tətbiq edilib ki, onlar ölkəni Avropanın ən yoxsul ölkəsinə çevirəcək. Lakin bu sanksiyaların nəticələrinin nə qədər ağrılı olmasını rusiyalıların hiss etməsi üçün zaman lazımdır.
Bu arada Ukrayna şəhərləri hər gün və hər saat bombardman edilir. ABŞ və NATO Ukrayna üzərində səmanı bağlamır. Baxmayaraq ki, bütün dünyaya inanılmaz şəxsi igidlik nümayiş etdirən prezident Zelenski dəfələrlə bu barədə xahiş edib. Əslində bu, ukraynılıların həyatını qorumaqdan imtina edilməsi deməkdir.
Ukraynanın qələbə qazanmasına heç kim, o cümlədən Azərbaycanda şübhə etmir. Azərbaycan təkbaşına təkcə Ermənistana qarşı deyil, onun müttəfiqi Rusiyaya qarşı müqavimət göstərib. 44 günlük Vətən müharibəsində erməni tərəfindən qənimət kimi ələ keçirilən texnikanın Bakıdakı hərbi paradda nümayişini xatırlayın. Bu texnika Rusiyaya məxsusdur. Azərbaycana atılan “İsgəndər” raketi də Rusiyaya məxsusdur. Hazırda bu raket Bakıda hərbi qənimətlər parkında nümayiş etdirilir. Elə Rusiya işğalçılarının ələ keçirilən silahları da Kiyevdə belə bir parkda nümayiş etdiriləcək. Ukrayna və Ukrayna xalqına qarşı törədilən cinayətləri heç kimin və heç zaman unutmaması üçün.