Azərbaycanda ərəb “İkinci arvad” adlı şirkət yaratdı – FOTObackend

Azərbaycanda ərəb “İkinci arvad” adlı şirkət yaratdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əcnəbi tərəfindən qeyri-adi ada malik şirkət yaradılıb.

İnterpress.az xəbər verir ki, şirkətin adı sosial şəbəkələrdə maraq doğurub və müzakirə mövzusuna çevrilib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyest məlumatlarında qeyd olunub ki, ötən ilin avqustunda “İkinci Arvad” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adlı kommersiya qurumu yaradılıb.

Həmin şirkət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, mənzil 34-də qeydiyyatdadır.

Şirkətin nizamnamə kapitalı isə 10 manatdır.  Həmçinin şirkətin qanuni təmsilçisi isə Muhammad Azeem Sarvar (Sarwar) adlı şəxsdir.

Adından ehtimal olunur ki, şirkətin qanuni təmsilçi ərəb əsillidir.