Əməliyyatlar “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ödənişsiz həyata keçirilib.
İnterpress.az xəbər verir ki, cərrahi əməliyyatlar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində (Talassemiya Mərkəzi) icra olunub.
Qeyd edək ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq ödənişsiz həyata keçirilir.