SON DƏQİQƏ: NATO-nun 220 təyyarəsi havaya qaldırıldı, 30 min hərbçi cəlb olundubackend

SON DƏQİQƏ: NATO-nun 220 təyyarəsi havaya qaldırıldı, 30 min hərbçi cəlb olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə NATO-nun “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb.

İnterpress.az “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.

Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub.

NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir.

Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.