Parlamentin iclası başladı, Baş nazir hesabat verirbackend

Parlamentin iclası başladı, Baş nazir hesabat verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 1 məsələ daxil edilib.

Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatdır.

Belə ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.

Toplantıda hökumət üzvləri də iştirak edirlər.