Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıbbackend

Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hökumətin ötənilki fəaliyyət istiqamətlərini və hədəflərini açıqlayıb.

İnterpress.az-ın xəbərinə görə,T. Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfinən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyəti əsasən 7 hədəfdən ibarət olub:

– Şuşa şəhəri avtomobil yolunun tikilməsi. Hesabat ilində uzunluğu 101 km oln Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib;

– Füzuli şəhərində aeroportun fəaliyyətə başlaması. Hesabat ilində Qarabağın hava qapisı adlandırılan Füzuli beynəlxalq aeroportu isifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulub;

– Elektrik enerjisi ilə bağlı planların həyata keçirilməsi. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-lər, Rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb;

– Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılması;

– Azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi;

– Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması;

– Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır.

“Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır”, – T. Mirkişili bildirib.