“Birləşmiş Ştatlar Kiyev hakimiyyətinin mövqeyinin müəyyən edilməsində həlledici rol oynayır”.
İnterpress.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK” telekanalına müsahibəsində deyib.
“Birləşmiş Ştatlar, şübhəsiz ki Kiyev hakimiyyətinin mövqeyinin müəyyən edilməsində həlledici rol oynayır. Onlar uzun illərdir ki, hakimiyyət dəhlizlərində, o cümlədən güc strukturlarında böyük nümayəndəliyə malikdirlər”, – deyə Lavrov əlavə edib.