Rusiyanın “Agentlik” teleqram kanalı ölkədə qadağan olunmuş ukraynalı ifaçıların siyahısını dərc edib.
İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, həmin şəxslərin konsertlərə dəvəti və çıxışı qadağan olunub. Bundan əvvəl Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını pisləyən rus ulduzlar – Valeriy Meladze, Maksim Qalkin və Boris Qrebenşçikov da sözügedən qadağalar siyahısında yer alıb.
Rusiyada musiqiləri və çıxışları qadağan edilən məşhurların siyahısı:
İvan Alekseev (səhnə adı: Noize MC)
Nikita Alekseev
Maks Barski
Vera Brejneva
İvan Dorn
Nadejda Dorofeeva
Nastya Kamenskix
Svetlana Loboda
Valeriy Meladze
Dima Monatic
Aleksey Potapenko.
Rusiyada musiqiləri və çıxışları qadağan edilən musiqi qruplarının siyahısı:
“Anakondaz”
“Əsəblər”
“Kasta”
“Кровосток”
“Один в каноэ”
“Okean Elzy”
“Порнофильмы”
“2Маши”.