Azərbaycanda zəlzələ olub.
İnterpress.az-ın report-a istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 01:05-də Zaqatala ərazisində qeydə alınıb.
Zəlzələ yerli sakinlər tərəfindən hiss olunub.
Yeraltı təkanlar Zaqatala rayonu ilə həmsərhəd olan Qax rayonunun bir neçə kəndində də hiss olunub.