ABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmənin idarə etdiyi pikapla mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb.
İnterpress az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sədr müavini Bryus Landberq açıqlayıb.
Bunlar pikapda olan sürücü və sərnişin, həmçinin digər avtomobil – mikroavtobusda olan qolf üzrə kişi və qadınlardan ibarət universitet komandalarının üzvləri və onların məşqçisi olub.
Onlardan əlavə iki nəfər müxtəlif dərəcələri bədən xəsarətləri də alıb.