Rəqqasə Fatimə Fətəliyeva ilk evliliyindən danışıb.
İnterpress.az xəbər verir ki, sənətçi bu haqda çıxdığı efirlərdən birində danışıb. Aparıcı rəqqasəyə “Saat 9-dan sonra niyə şam işığında otururdun? Necə dözdün?” sözlərini söyləyərək, onun ilk həyat yoldaşından danışıb.
“Bilirsiniz, necə əziyyət çəkmişəm? Onda 17 yaşım var idi. Saat 9-dan sonra işıqlar sönürdü və şam işığında otururduq. 8 ay buna dözdüm və gəldim ata evimə”, – deyə Fatimə onun sözlərini təsdiqləyib.
Fatimə qızı Aydanın ona hind rəqsi etməyi qadağan etdiyini açıqlayıb.