Azərbaycanda dəhşət: şəhid məzarı baxımsız vəziyyətə düşdü – FOTOLARbackend

Azərbaycanda dəhşət: şəhid məzarı baxımsız vəziyyətə düşdü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda şəhid məzarı baxımsız vəziyyətə düşüb.

Bu barədə İnterpress.az-ın redaksiyasına məlumat daxil olub.

Bildirilib ki, rayonun Uzuntəpə kənd qəbiristanlığında şəhid Mirzəyev Üzeyir Əlisahib oğluna məxsus məzar baxımsız vəziyyətə düşüb.

Şəhidin məzarının baxımsız olması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Məlumata görə, Ü.Mirzəyev Birinci Qarabağ müharibəsi zamanı 20 yaşında şəhid olub.

Qeyd olunub ki, şəhidin ailə üzvlərinin maddi imkanları zəifdir və buna görə də məzarın ətrafında təmir-bərpa işlərinin aparılmasına maddi imkanları çatmır.

Artıq şəhidin məzarının bərpası üçün rayon fəalları tərəfindən imkanlı şəxslərə çağırış edilib.