Ukraynalı boksçu məşq zalında güllələndibackend

Ukraynalı boksçu məşq zalında güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı veteran boksçu Aleksey Cunkovski İrpen şəhərindəki hərbi əməliyyatlar zamanı həlak olub.

İnterpress.az-ın məlumatına görə, tanınmış idmançını məşq zalında rus ordusunun əsgərləri güllələyiblər.

Hadisə şəhər işğaldan tam azad edilməmişdən əvvəl baş verib.

Qeyd edək ki, Aleksey Cunkovski hərbi qulluqçular arasında dünya çempionatının dördqat mükafatçısıdır. O, son illərdə məşqçi kimi də uğurla fəaliyyət göstərib.